×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 2914 hektar sahədə yazlıq bitkilər əkilib

Qax, 3 may, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 2914,4 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 250 hektar çoxdur.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 1189 hektar sahədə dən üçün qarğıdalı, 301 hektar sahədə kartof, 299,4 hektarda tərəvəz, 109,5 hektarda vələmir, 68,3 hektarda lobya, 115,2 hektarda bostan bitkiləri əkib, 598 hektar sahəyə çoxillik yonca səpiblər.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkini də davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 234 hektar sahəyə tütün şitilləri köçürüblər.

 

 

Kənd təsərrüfatı 2023-05-03 12:48:00