×
A
A
A
Sazlamalar

Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi faktı aşkarlanıb

Bakı, 3 may, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun dağlıq ərazisindən qanunsuz gil götürülməsi, eyni zamanda, ərazidəki kol bitkilərinin çıxarılması faktı aşkar olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ərazidən 687 kubmetr həcmində gil kütləsinin götürülməsi və 23 kolun çıxarılmasının “İftixar” kiçik müəssisəsi tərəfindən həyata keçirilməsinə dair əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.
Qeyd olunub ki, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.



 

Ekologiya 2023-05-03 11:53:00