×
A
A
A
Sazlamalar

Mart ayında illik inflyasiya 13,6 faiz olub

Bakı, 3 may, AZƏRTAC

Mart ayında illik inflyasiya 13,6 faiz təşkil edib. Bu, ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mayın 3-də faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Diqqətə çatdırılıb ki, qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meyilinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib.

Maliyyə 2023-05-03 11:18:00