×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub

Bakı, 3 may, AZƏRTAC

Mayın 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Hadisə 2023-05-03 10:37:00