×
A
A
A
Sazlamalar

Kəlbəcər rayonunun Ağyataq kəndi FOTO

Bakı, 3 may, AZƏRTAC

Kəlbəcər rayonunun Ağyataq kəndi Abdullauşağı kənd inzibati ərazi dairəsində yerləşir. Kəndin ərazisində “Ağ yataq” adlanan mineral filiz yatağı var. Yaşayış məntəqəsinin adı da buradan götürülüb.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Ağyataq kəndinin görüntülərini təqdim edir.

 

Regionlar 2023-05-03 10:00:00