×
A
A
A
Sazlamalar

Qubaya qar yağıb VİDEO

Quba, 3 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonun ucqar Xınalıq kənd sakinləri AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur. Hazırda qar yağmaqda davam edir.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Regionlar 2023-05-03 08:34:00

Video