×
A
A
A
Sazlamalar

Astara rayonunda pərakəndə ticarət dövriyyəsi artıb

Astara, 3 may, İlkin Adıyev, AZƏRTAC

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 71931,5 min manatlıq, o cümlədən 25311,1 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 46620,4 min manatlıq qeyri-ərzaq malları satılıb.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 6,0 faiz artıb.
İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 7,9 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 216,0 manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,9 manat çox əmtəə alıb.

Regionlar 2023-05-03 00:10:00