×
A
A
A
Sazlamalar

Naftalanda gənc cüdoçularla görüş olub

Naftalan, 2 may, Elcan Məmmədov, AZƏRTAC

Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalanda da idmanının, eləcə də cüdonun inkişafı istiqamətində bir sıra işlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyəti rəhbərliyi, ikiqat Paralimpiya və dünya, səkkizqat Avropa çempionu, qazi İlham Zəkiyev, Azərbaycan milli komandasının böyük məşqçisi, dünya və Olimpiya mükafatçısı Mövlud Mirəliyev, Cüdo Federasiyasının Qərb regionu üzrə əlaqələndiricisi Müzadil Həsənov Naftalan şəhər UGİM-in cüdoçuları ilə görüşüblər.
Görüş zamanı Azərbaycan Cüdo Federasiyası tərəfindən göndərilən kimonolar gənc cüdoçulara təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Həmçinin Naftalan cüdo bölməsinin mövcud şəraitinin yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi üçün federasiya prezidentinin tapşırığına uyğun olaraq yeni cüdo zalının tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionlar 2023-05-02 18:41:00