×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfatı Nazirliyi 2023-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Bakı, 2 may, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.
Sənəd qəbulu prosesinə aprelin 12-də 12:00-dan etibarən start verilib. Proses mayın 16-da saat 23:59-da yekunlaşacaq.
Qəbul aparılan ixtisaslarla aşağıdakı siyahıdan tanış olmaq olar:

 

 

 

 

Kənd təsərrüfatı 2023-05-02 18:35:00