×
A
A
A
Sazlamalar

Məhz Ulu Öndərin səyləri nəticəsində insan amilinə yüksək dəyər verən hüquq sistemi formalaşıb

Qax, 2 may, Mustafa Dadaşov, AZƏRTAC

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə iştirakçılar əvvəlcə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələrini bir dəqiqəlik sükutla anıblar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Məhz Ulu Öndərin səyləri nəticəsində insan amilinə yüksək dəyər verən hüquq sisteminin, yerli qanunvericilik bazasının təkmilləşdirilərək mükəmməl formaya salındığını diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, böyük xilaskarlıq missiyasından danışıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Regionlar 2023-05-02 17:42:00