×
A
A
A
Sazlamalar

Şəmkirdə quş kəsimi müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 2 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində agentlik əməkdaşları tərəfindən Şəmkir şəhərinin 20 Yanvar küçəsində fiziki şəxs Musayev Vahid Məstan oğluna məxsus quş kəsimi müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi, quş ətinin baytarlıq müayinəsindən keçirilmədiyi, istehsal və saxlama zamanı quş ətinə baytarlıq-sanitariya nəzarətinin aparılmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı aşkarlanıb.
Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasına dair qərar qəbul edilib.

Sosial 2023-05-02 16:29:00