×
A
A
A
Sazlamalar

Xaçmazda yeni fındıq emalı fabriki inşa olunub

Xaçmaz, 2 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun Xudat şəhərində “AZNUTS” MMC-yə məxsus yeni fındıq emalı fabriki inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ildə 2,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 200 nəfər daimi işlə təmin olunacaq.
İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib.
Müəssisənin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

 

Regionlar 2023-05-02 12:47:00