×
A
A
A
Sazlamalar

Kəlbəcər rayonunun Abdullauşağı kəndi FOTO

Bakı, 2 may, AZƏRTAC
Kəlbəcər rayonunun Abdullauşağı kəndi Mozçayın sol sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Abdullauşağı kəndinin görüntülərini təqdim edir.

Regionlar 2023-05-02 10:00:00