×
A
A
A
Sazlamalar

“Abşeron” rəqs ansamblının üzvləri ilə görüş olub

Bakı, 1 may, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasının əməkdaşları Beynəlxalq Rəqs Günü ilə əlaqədar olaraq xoreoqraf Elşən Həsənli və onun illərlə rəhbərlik etdiyi "Abşeron" rəqs ansamblının üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları rəqs sənətinin incəliklərini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Görüş zamanı illər sonra yenidən E.Həsənlinin rəhbərliyi altında "Abşeron" rəqs ansamblının rəqsləri izlənilib. Qrupun davamçıları "İgidlər" rəqsi və bir neçə rəqs nümunələri ilə çıxış ediblər. Sonda kitabxana əməkdaşı Səbinə Məmmədovanın təqdimatında "Azərbaycan cəngi rəqsləri" adlı kitab sərgisi nümayiş olunub.
“Abşeron” rəqs ansamblı 2012-2018-ci illər ərzində yerli tədbirlərlə yanaşı, Türkiyə, İran və Gürcüstanda bir çox beynəlxalq tədbirlərdə iştirak ediblər. Respublika üzrə keçirilən müsabiqədə üçüncü yerə layiq görülən ansambl Türkiyənin Bursa şəhərində Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimində çıxış ediblər.

Sosial 2023-05-01 18:36:00