×
A
A
A
Sazlamalar

Ulu Öndər gənc nəslin sağlam böyüməsinə hər zaman böyük önəm verib

Qax, 1 may, Mustafa Dadaşov, AZƏRTAC

Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qax rayon Heydər Əliyev Mərkəzində “Müdrikliyin dühası – dahi şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Respublika Olimpiya İdman Liseyi Qax rayon şöbəsinin müəllim və şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan ekspozisiya ilə tanış olublar. Liseyin rayon şöbəsinin müdiri Ramil Məmmədov və Mərkəzin əməkdaşları çıxış edərək, bütün həyatını və fəaliyyətini xalqımızın xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ulu Öndər digər sahələrlə yanaşı, idmanın inkişafına da xüsusi qayğı göstərib, gənc nəslin sağlam böyüməsinə hər zaman böyük önəm verib.
Çıxış edənlər dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.
Tədbirin sonunda liseyin şagirdləri Ulu Öndərə həsr olunan şeirlər ifa ediblər.

Regionlar 2023-05-01 16:29:00