×
A
A
A
Sazlamalar

Tərtərdə selin fəsadları aradan qaldırılır

Tərtər, 1 may, AZƏRTAC
Aprelin 30-da axşam saatlarından başlayaraq yağan güclü yağışın yaratdığı sel nəticəsində rayonunun Dəmirçilər və Ağkənd kəndlərinə dəymiş ziyan aradan qaldırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə gecə saatlarından zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsilə suötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa işləri davam etdirilir.

Regionlar 2023-05-01 16:50:00