×
A
A
A
Sazlamalar

Azərbaycan Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının tədbirində təmsil olunub

Bakı, 1 may, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) Varşavada keçirilən tədbirində iştirak edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən tədbirdə enerji böhranı və onun bazarlara təsiri, enerji böhranı ilə mübarizədə ölkələrin təcrübələri, eləcə də tənzimləyici qurumlar tərəfindən investisiyaların səmərəliliyinin qiymətləndirilməsi və risklərin azaldılması yollarını özündə əks etdirən təşviq mexanizmləri kimi məsələlər müzakirə edilib.

 

Energetika 2023-05-01 13:20:00