×
A
A
A
Sazlamalar

Portuqaliyalı turist: Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakı füsunkar şəhərdir

Bakı, 29 aprel, AZƏRTAC

Mən Bakıya ilk dəfə səyahət edirəm. Portuqaliyadan Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün gəlmişəm. Bu yarışın keçirildiyi Bakı şəhəri çox xoşuma gəldi.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində portuqaliyalı turist Sandra Soares deyib.
Azərbaycan Milli İncəsənət Muzeyini və Qız qalasını ziyarət etdiyini bildirən Sandra Soares deyib: “Bakının memarlığı adamı heyran edir. Gözəl memarlığı ilə diqqət çəkən Bakı füsunkar şəhərdir”.
Paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi şəraitində keçib.
Dünya çempionatının dördüncü mərhələsi - Azərbaycan Qran-Prisində bu mövsümün ilk sprint yarışı və yürüşü təşkil olunub.

İdman 2023-04-29 19:44:00