“Red Bull Racing”in pilotu Maks Ferstappen F-1-in turnir cədvəlində liderliyini möhkəmləndirib
Bakı, 29 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışından sonra “Red Bull Racing”in pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, sprint yarışında üçüncü olan niderlandlı pilot 6 xal qazanıb. Onun aktivində 75 xal var.
Yarışın qalibi olan və səkkiz xal qazanan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikincidir - 62 xal. Sprintdə ikinci olan Şarl Lekler yeddi xal əldə edib və 13 xalla ümumi sıralamada səkkizinci pilləyə yüksəlib.
Turnir cədvəlində ilk üçülüyü “Aston Martin” komandasının pilotu Fernando Alonso tamamlayır. Onun aktivində 48 xal var. Sprintdə altıncı olan ispaniyalı pilot akitivinə üç xal yazdırıb.
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib
Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub