×
A
A
A
Sazlamalar

Formula 1: Olimpiya çempionu Elnur Məmmədli sprint yürüşünün qaliblərini mükafatlandırıb

Bakı, 29 aprel, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisində sprint yarışının qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, "Red Bull Racing"in pilotu Serxio Peres birinci, "Ferrari"dən Şarl Lekler ikinci yerə layiq görülüblər. S.Peresin komanda yoldaşı Maks Ferstappen yarışı üçüncü pillədə başa vurub.
Onlara mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.
Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanıblar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

 

 

İdman 2023-04-29 18:30:00