×
A
A
A
Sazlamalar

“Alpha Tauri”nin pilotu Yuki Tsunoda Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırıb

Bakı, 29 aprel, AZƏRTAC

“Alpha Tauri” komandasının pilotu Yuki Tsunoda Formula 1 Azərbaycan Qran-Prisinin sprint yarışında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, pilotun bolidində nasazlıq yaranıb və təkər maşından ayrılıb.
Yürüş iştirakçıları 30 dəqiqə ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

 

 

İdman 2023-04-29 17:52:00