×
A
A
A
Sazlamalar

Turab Teymurov: Azərbaycan Qran-Prisində yeddi il ərzində biz bir çox rekordlara imza atdıq

Bakı, 29 aprel, AZƏRTAC

Müjdəli xəbərlə qarşınızdayıq. Formula 1 Azərbaycan Qran-Prisi daha üç il uzadıldı. Yarış hər il 2026-cı ilədək ölkəmizdə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov deyib.
“Formula 1 yarışın faydaları barədə uzun-uzadı danışmaq olar. İlk növbədə, onu qeyd etmək istəyirəm ki, məhz bu il bizim bu müqaviləyə imza atmamız simvolik oldu. Çünki ilk dəfə yeddi il ərzində biz bir çox rekordlara imza atdıq. Məhz bu il tribunalar tam olaraq doludur. 100-dən çox ölkədən bizim gözəl Bakımızı görməyə əcnəbi qonaqlarıımız gəlib. Növbəti üç il də hamımız əl-ələ verərək bu gözəl tədbiri keçirəcəyik”, - deyə T.Teymurov qeyd edib.

İdman 2023-04-29 17:39:00