×
A
A
A
Sazlamalar

XƏBƏRDARLIQ: Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 30-u axşamdan mayın 2-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, mayın 2-də arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 metr/saniyə, mayın 1-də bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Ekologiya 2023-04-29 14:11:00