×
A
A
A
Sazlamalar

Aprelin 28-də Bakıda hava iqlim normasından 4,6 dərəcə yuxarı olub

Bakı, 29 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 29-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4,6° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30°, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.

Ekologiya 2023-04-29 13:05:00