×
A
A
A
Sazlamalar

Metroda mobil telefon oğurlayan şəxs yaxalanıb

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 28-də Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonu soyğunçuluq yolu ilə talanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oğurluqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Elvin Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-04-29 11:34:00