×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 54 cinayətin üstü açılıb

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 28-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Hadisə 2023-04-29 10:54:00