×
A
A
A
Sazlamalar

Göyçayda piyada yol qəzasında ölüb

Bakı, 29 aprel, AZƏRTAC

Dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Hadisə 2023-04-29 08:31:00