×
A
A
A
Sazlamalar

Aprelin 28-də Azərbaycanda COVID-19 əleyhinə 248 doza vaksin vurulub

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 248 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 128, ikinci doza vaksinlərin sayı 86, üç və daha çox doza vaksinlərin sayı 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 960 min 299, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 593, ikinci mərhələ üzrə 4 milyon 880 min 835, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 727, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 144-dür.

 

Səhiyyə 2023-04-28 22:23:00