×
A
A
A
Sazlamalar

Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cansu Bektaş
Qamze Altun
Nuray Güngör.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 aprel 2023-cü il

Sərəncamlar 2023-04-28 13:31:00