×
A
A
A
Sazlamalar

® “Ziraat Bank Azərbaycan” Milli Suverenlik və Uşaq Bayramı münasibətilə keçirilən tədbirə dəstək oldu!

Sosialyönümlü fəaliyyəti ilə daim diqqəti özünə cəlb edən “Ziraat Bank Azərbaycan” daha bir layihənin həyata keçirilməsinə dəstək olub. Belə ki, Bank Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilati dəstəyi ilə hər il ənənəvi olaraq qeyd edilən 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş tədbirdə də öz dəstəyini əsirgəməyib. Tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub.

“Ziraat Bank Azərbaycan”ın da dəstəyi ilə uşaqların hər birinə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunacaq interakiv-musiqili tamaşaya bilet təqdim edilib.
Həmçinin bayram münasibətilə Bakı Türk Anadolu liseyinin şagirdləri “Ziraat Bank Azərbaycan”da qonaq olublar. Bankın liseyə səs sitemi avadanlığının hədiyyəsinə təşəkkür etmək məqsəd ilə liseyin şagirdləri hazırladıqları Qərbi Anadoluya məxsus “Zeybek” rəqs səhnəsini bankın əməkdaşlarına təqdim ediblər. “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri Selçuk Demir uşaqlara təşəkkürünü bildirərək, onlara bayram münasibətilə kiçik hədiyyələr verib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Maliyyə 2023-04-27 18:59:00