×
A
A
A
Sazlamalar

Aprelin 27-də Azərbaycanda COVID-19 əleyhinə 190 doza vaksin vurulub

Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 190 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 130, ikinci doza vaksinlərin sayı 30, üç və daha çox doza vaksinlərin sayı 23, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 7-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 960 min 51, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 465, ikinci mərhələ üzrə 4 milyon 880 min 749, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 698, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 139-dur.

Səhiyyə 2023-04-27 18:48:00