×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 68 yoluxma faktı qeydə alınıb

Bakı, 27 aprel, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 811 nəfər müalicə olunaraq sağalıb, 10 min 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 221 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1437, bu günə qədər isə ümumilikdə 7 milyon 587 min 257 test icra olunub.

Səhiyyə 2023-04-27 18:45:00