×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: Bugünkü hərracda tələb 31,8 milyon dollar təşkil edib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 31,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Maliyyə 2023-04-27 12:45:00