×
A
A
A
Sazlamalar

Su hövzələri sintetik torlardan təmizlənir - Aksiya

Bakı, 27 aprel, AZƏRTAC
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı şəhəri, Lənkəran və Astara rayonları akvatoriyasından, Şəmkir və Ağstafaçay su anbarlarından 2 min 420 metr uzunluğunda 32 ədəd sintetik tor götürülüb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlik layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə quruma məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırır.

Ekologiya 2023-04-27 07:55:00