×
A
A
A
Sazlamalar

Şuşa, Xocavənd və Füzuliyə dolu düşüb

Bakı, 26 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sına olan məlumatına əsasən, Şuşa şəhərinə qar, Şəmkir, Göygöl, Naftalan, Yardımlı, Gədəbəydə şimşək çaxıb, arabir yağış yağıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinə, Xocavənd rayonunun Zoğalbulaq, Azıx, Tuğ kəndlərinə, Füzuli rayonunun Qacar və Divanalılar kəndlərinə diametri 10-12 millimetr olan dolu düşüb.

Ekologiya 2023-04-26 19:12:00