Stella “McLaren”in Azərbaycan Qran-Prisində yenilikləri haqqında ümidlərini açıqlayıb
Bakı, 26 aprel, AZƏRTAC
“McLaren”in rəhbəri Andrea Stella qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisində iştirakından bəhs edib. Yürüşlər aprelin 28-30-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “McLaren” komandasının mətbuat xidməti Stellanın aşağıdakı sözlərini sitat gətirib: “Kiçik fasilədən sonra biz Bakıya gəlirik. Bundan əvvəl, Avstraliyada inamla çıxış etdik və indi komandada yaxşı əhvali-ruhiyyə var. Avstraliyada nəticələri müsbət hesab etməyimizə baxmayaraq, biz başa düşürük ki, hələ çox iş görməliyik və bu pauza zamanı bazada çox yaxşı çalışmışıq.
Biz Bakıya bəzi yeniliklər gətirəcəyik, lakin etiraf edirik ki, burada ola bilər ki, onların səmərəsini dərhal görməyək. Ancaq bu, bizim Konstruktorlar Kubokunda irəliləmək üçün qarşımızda duran çoxlu addımlardan yalnız biridir.
Biz, həmçinin sprintin keçirilməsində yeni formatda ilk uik-endi səbirsizliklə gözləyirik. Hər hansı küçə trasında həmişə bu cür yarışlarla bağlı böyük risk olur, lakin komanda yaxşı hazırlaşıb və bu səbəbdən yürüşlərə qayıtmağı səbirsizliklə gözləyirik”.
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb