×
A
A
A
Sazlamalar

Lando Norris: Bakı trası səhvləri bağışlamır

Bakı, 26 aprel, AZƏRTAC

“McLaren” komandası Bakıya məzmununun sonra bəlli olacağı bir neçə yenilik gətirir.
AZƏRTAC xəbər verir ki, pilot Lando Norris deyib: “Bakı yürüşünü və sonrakı mərhələləri səbirsizliklə gözləyirəm. Üç sərbəst həftə məhsuldar olub, mən simulyatorda işləmişəm, mühəndislərlə ünsiyyətdə olmuşam və qarşıdakı mərhələlərdən əvvəl bir az istirahət edə bilmişəm.
Şadam ki, qarşıda sprintin yeni formatını sınaqdan çıxaracağımız küçə trası var. Onun necə olacağı maraqlıdır. Ümidvaram ki, azarkeşlərin xoşuna gələcək.
Bakıda səhvləri bağışlamayan dar tras var. Biz komandanın bu uik-end zamanı gətirəcəyi yeniliklərin effektivliyini öyrənməklə məşğul olacağıq. Mən Bakıda Formula 1-də yarışmışam, bu, şəhərə gözəl mənzərəsi olan trasdır və dairənin sonunda uzun düz yolu nəzərə aldıqda, düzəlişlər etmək üçün kifayət qədər mürəkkəbdir. Biz cümə günü düzgün düzəlişləri daha tez tapmaq üçün simulyatorda çox işləyirdik, axı bu uik-end zamanı bizim təkcə bir məşqimiz olacaq.
Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-də start götürəcək və iki təsnifat və iki əsas yürüş daxil olmaqla yeni formatda keçiriləcək.

İdman 2023-04-26 18:20:00