×
A
A
A
Sazlamalar

Aprelin 26-da Azərbaycanda COVID-19 əleyhinə 434 doza vaksin vurulub

Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 434 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 246, ikinci doza vaksinlərin sayı 138, üç və daha çox doza vaksinlərin sayı 34, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 959 min 861, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 335, ikinci mərhələ üzrə 4 milyon 880 min 719, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 675, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 132-dir.

 

Səhiyyə 2023-04-26 17:13:00