×
A
A
A
Sazlamalar

Allergiyanın müalicəsində 97 faizə qədər effekt əldə etmək mümkündür

Bakı, 26 aprel, AZƏRTAC

Bütün xəstəliklər kimi allergiyanın da müalicəsi mövcuddur. Allergiyanın müalicəsinə müasir yanaşmalar tətbiq edilir. Dəri testləri vasitəsilə allergenlər təyin olunur və immunoterapiya aparılır. Həmin müalicənin effektivliyi 97 faizə qədərdir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova nazirliyin rəsmi instaqram səhifəsində “Uşaqlarda mövsümi allergiya” mövzusunda canlı yayımda deyib.
Ç.Novruzova bildirib ki, bundan əlavə, medikamentoz, yəni dərman müalicəsi ilə də effekt əldə etmək mümkündür.

Səhiyyə 2023-04-26 16:19:00