×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258; 2022, № 5, maddə 498) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini” sözləri “Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin.
2. “Məmməd Abbasbəyli - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi” abzasından əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Samir Məmmədov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini”.
3. “Samir Məmmədov - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2023-cü il

Sərəncamlar 2023-04-26 16:11:00