Vəzifəli şəxsin qanunsuz əməllərinə dair cinayət işinin istintaqı tamamlanıb
Bakı, 26 aprel, AZƏRTAC
Cəlilabad rayonunun Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Rayon prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, istintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO