×
A
A
A
Sazlamalar

“Alfa Romeo”nun pilotu: Bakı trası xoşuma gəlir

Bakı, 26 aprel, AZƏRTAC

Formula 1 çempionatının “Alfa Romeo” komandası Azərbaycan paytaxtındakı görünüşcə sadə, əslində isə müxtəlif cür sürprizlər ortaya çıxaran şəhər trasını, - çünki orada hər dövrə risklə bağlıdır, - tam nəzərə alaraq Bakı yürüşünə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, komandanın pilotu Valtteri Bottas bu barədə deyib: “Yürüş maşınının sükanı arxasına qayıtmağın qabaqcadan ləzzətini alıram, çünki Bakı trası xoşuma gəlir. Mən bu trasda qələbə qazanmışam, eləcə də podiuma qalxmışam. Yarışda yaxşı nəticə göstərmək istəyirəm”.
Mənim və komandanın qarşısında duran əsas vəzifə tədricən təkmilləşməyə nail olmağı davam etdirməkdir. Mövsüm uzundur və hələ yaxşı xal qazanmaq mümkündür.
Üçhəftəlik fasilədən mən mümkün qədər yaxşı hazırlaşmaq üçün istifadə etməyə çalışdım. Bu trasda sprinter yürüşləri təcrübəsi maraqlı olmağı vəd edir və mən bu çağırışı sevinclə qəbul edirəm.
Biz bundan əvvəlki yürüşlərin bir neçəsini analiz etdik və Bəhreyndə olduğumuz səviyyəyə dönmək üçün çox güc ortaya qoyduq. Əminəm ki, təkmilləşmək və yenidən xal uğrunda mübarizə aparmağa nail olmaqdan ötrü zəruri olan hər şeyə malikik”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-də start götürəcək, iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.

İdman 2023-04-26 15:21:00