×
A
A
A
Sazlamalar

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

Bakı, 26 aprel, AZƏRTAC

Ötən il Banklararası Kart Mərkəzi üzərindən milli valyutada emal olunan əməliyyatların həcmi 10,1 milyard manat, xarici valyutada isə 39,1 milyon dollar və 14,8 milyon avro təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, milli ödəniş sisteminin əsas komponentləri olan real vaxt rejimində banklararası hesablaşmalar sistemi (AZIPS) və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi 2021-ci illə müqayisədə 57 faiz artaraq 342 milyard manat (ÜDM-in 2,6 misli), ödənişlərin sayı isə 38 faiz artaraq 97,3 milyon ədəd olub.
Hökumət ödəniş portalına (HÖP) inteqrasiya olunmuş qurumlar üzrə 1100-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin edilib. HÖP üzərindən hesabat dövründə həyata keçirilən əməliyyatların ümumi həcmi 5 milyard manat təşkil edib və bu əməliyyatların 66 faizi nağdsız formada aparılıb. Əməliyyatların ümumi həcmi 2021-ci illə müqayisədə 23 faiz, o cümlədən nağdsız əməliyyatların həcmi 40 faiz artıb.

Maliyyə 2023-04-26 15:06:00