×
A
A
A
Sazlamalar

Gəncədəki Abbas Səhhət adına xəstəxanadan 58 nəfər təxliyə edilib

Bakı, 26 aprel, AZƏRTAC

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hazırda tibb müəssisəsinin cərrahiyyə və reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.
Bildirilib ki, vəziyyət nəzarət altındadır və ictimaiyyətə əlavə məlumat veriləcək.
Gəncə Şəhər Prokurorluğunun məlumatına görə hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

 

 

Səhiyyə 2023-04-26 11:34:00