×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 milyon manat həcmində, 1092 gün olan tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 83.3171 (14 faiz) manat və 98.1823 (7,69 faiz) manat olan 61 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8649 (8,2 faiz) manat, orta ölçülmüş qiyməti 97.3779 (8 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 153 milyon 467 min 400 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il aprelin 21-də ödəniləcək. Hərrac iştirakçıları aprelin 26-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2023-04-25 17:49:00