® “TamGənc” Basketbol Liqası” başa çatdı
ABB-nin əsas tərəfdaşlığı ilə tələbələr arasında keçirilən “TamGənc” Basketbol Liqası” başa çatıb. Liqanın qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub.
Final qarşılaşmasında Akademiyanın tələbələri Azərbaycan Texniki Universitetinin komandasına 77:82 hesabı ilə qalib gəliblər. AzTU komandası Liqada 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası 3-cü yeri tutub.
Ötən ilin sonundan start götürmüş “TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışıb.
“TamGənc” Basketbol Liqası”nın qaliblərinə mükafatların təqdimatı mərasimində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.
Qeyd edək ki, “TamGənc” Basketbol Liqası” adı ABB-nin 18-25 yaş arasında gənclər üçün nəzərdə tutduğu “TamGənc” kartı ilə bağlıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb