×
A
A
A
Sazlamalar

Bukmeykerlər Peresi Bakı yürüşünün favoriti saymaqdan imtina ediblər

Bakı, 25 aprel, AZƏRTAC

Serxio Peres “Red Bull Racing” komandasının tərkibində ikidən bir az artıq mövsüm ərzində dörd qələbə qazanıb. O, hər biri küçə trasında keçirilən Bakı, Monako, Sinqapur və Ciddə yürüşlərində podiuma qalxıb.
AZƏRTAC xəbər verir ki, pilotun bu statistikası bukmeykerləri onun Azərbaycan paytaxtında Maks Ferstappenin üzərində qələbə qazana biləcəyinə inandıra bilməyib. Əgər pilotların podiuma qalxmaq şansı müəyyən dərəcədə bərabər qiymətləndirilirsə, qələbə ilə bağlı heç bir şübhə yeri qalmır. Holland totalizatorlardan biri Maks Ferstappenin uğurunu 1,40 əmsalı üzrə dəyərləndirir, bu, o deməkdir ki, qoyulan hər rubla 40 qəpik əlavə etməyə hazırdır. Eyni zamanda, Serxio Peresin əmsalı daha çoxdur (5,50). Bu, bukmeykerlərin belə nəticəyə daha az inandıqları anlamına gəlir.
Əlamətdar olan daha bir cəhət ondan ibarətdir ki, onlar birmənalı olaraq Fernando Alonsonu üçüncü yerə layiq görüblər, “Mercedes” komandasının şansını isə “Ferrai”dən yüksək qiymətləndiriblər.
Azərbaycan Qran-Prisi aprelin 28-də start götürür və iki təsnifat, iki əsas yürüşdən ibarət yeni formatda keçiriləcək.

İdman 2023-04-25 17:22:00