×
A
A
A
Sazlamalar

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacaq

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, aprelin 27-də bəzi yerlərdə arabir güclənəcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, çaylarda sululuğun artacağı ehtimalı var.

 

Ekologiya 2023-04-25 16:16:00