×
A
A
A
Sazlamalar

Aparılan elmi-tədqiqat işlərinə çəkilən xərclər gəlirdən çıxılırmı?

Bakı, 25 aprel, AZƏRTAC
Vergilər Məcəlləsinə əsasən, gəlir götürmək məqsədilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır. Əgər müəssisənin gəlir götürmək məqsədilə apardığı elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticəsi uğursuz olarsa və ya həmin işlərə müəyyən və ya qeyri-müəyyən müddətə fasilə verilərsə, çəkilən xərclər yenə də gəlirdən çıxılırmı?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan sözügedən işlər gəlirdən çıxılır.
Eyni zamanda, Vergi Məcəlləsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
Qeyd olunanlara əsasən, gəlir götürmək məqsədilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.

 

Maliyyə 2023-04-25 12:47:00