×
A
A
A
Sazlamalar

Gəlir vergisi bəyannaməsi nə zaman təqdim olunur?

Bakı, 25 aprel, AZƏRTAC

Gəlir vergisinin ödəyicisi olan vergiödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergiödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergiödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergiödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərti ilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergiödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergiödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Eyni zamanda, vergiödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatı) rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

 

Maliyyə 2023-04-25 11:03:00